“Qəbələ” Avropa Liqasının qrup mərhələsi çərçivəsində ilk görüşünü bu gün PAOK-a, “Qarabağ” isə səfərdə “Tottenhem”ə qarşı keçirəcək. Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Bakıda baş tutacaq “Qəbələ”nin görüşünü Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki də tribunadan izləyəcək.
Onunla yanaşı, köməkçiləri də bu matçı seyr edəcəklər. Yalnız köməkçilərindən biri - Qordan Tsipriç “Qarabağ”ın Londonda “Tottenhem”lə qarşılaşmasına baxacaq.
Qeyd edək ki, “Qəbələ” – PAOK matçı saat 22:00-da, “Tottenhem” – “Qarabağ” oyunu isə 00:05-də start götürəcək.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA