Ronaldo: Mənim hədəfim bu deyil
16.09.2015 - 14:09
“İspaniya çempionatına yaxşı başlamadıq. Ancaq oyunumuzu düzəltməyi bacardıq”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Madrid “Real”ının portuqaliyalı futbolçusu Kriştianu Ronaldo deyib.
Çempionlar Liqasında “Şaxtyor”la qarşılaşmada het-trik edən 30 yaşlı hücumçu çıxışını dəyərləndirib.
O, hədəfinin bombardirlik olmadığını bəyan edib: “La Liqanın və Çempionlar Liqasının bombardiri olmaq xoşdu. Amma mənim hədəfim bu deyil. Hədəfim mövsümü yüksək səviyyədə keçirmək və komandamın titullar qazanmasına, uğurlu çıxış etməsinə yardımçı olmaqdı”.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0