Ronaldo İspaniya Kubokunun finalını buraxacaq
11.04.2014 - 02:11
Ronaldo İspaniya Kubokunun finalını buraxacaq

 

 

“Real Madrid” futbol klubunun futbolçusu Kriştiano Ronaldo İspaniya Kubokunun “Barselona”ya qarşı keçiriləcək final oyununu buraxmalı olacaq. Apasport.az saytının məlumatına görə, klubdan verilən rəsmi açıqlamada hücumçunun sol ayağında dizaltı əzələnin zədələndiyi bildirilir.

 

Ronaldoya bərpa olunmaq üçün nə qədər vaxt tələb olunduğu açıqlanmır. “As” qəzetinin məlumatına görə, hücumçu ən tezi 2 həftə sonra yaşıl meydana dönə biləcək. Beləliklə, Ronaldo İspaniya Kuboku uğrunda “Barselona”ya qarşı keçiriləcək final oyununu, eləcə də Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk görüşünü buraxmalı olacaq.

 

Xatırladaq ki, portuqaliyalı hücumçu aprelin 2-də Çempionlar Liqasının 1/4 finalında “Borussiya”ya qarşı keçirilən ilk oyununda zədələnib. O, əsas heyətdə meydana çıxaraq qol vursa da, sonra əvəzlənib. Bundan sonra Ronaldu rəsmi oyunlara çıxmayıb.