Ronaldonun yubiley gecəsi
30.09.2015 - 23:44
Ronaldonun yubiley gecəsi

Madrid “Real”ının hücumçusu Kristiano Ronaldo karyerasındakı 500-cü qolunu vurub. Apasport.az saytının məlumatına görə, portuqaliyalı forvard Menpionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Malmö” – “Real Madrid” qarşılaşmasında hesabı açmaqla özü üçün rekord və yubiley müəyyənləşdirib.

 

Qeyd edək ki, 30 yaşlı futbolçu bu göstəriciyə karyerası ərzində klublar və yığma səviyyəsində keçirdiyi 753-cü matçında imza atıb.

 

Əlavə olaraq bildirək ki, bu qol həm də Kristianonun “Real” üçün Çempionlar Liqasında vurduğu 66-cı qoldu.