“Mançester Yunayted”in hücumçusu Ueyn Runinin İngiltərə çempionatının V turu çərçivəsində bu gün “Liverpul”la keçiriləcək matçda iştirak edib-etməyəcəyi maraq doğururdu. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, məşqdə zədələnən təcrübəli futbolçu böyük ehtimalla, “mersisaydlılar”a qarşı oynamayacaq.
Runi bu gün tibbi müayinədən keçəcək və məhz bundan sonra onun vəziyyətinə konkret aydınlıq gələcək. Bununla belə, həkimlərin ilkin rəyinə əsasən, onun “Liverpul”la matçda iştirak etmək ehtimalı azdı.
Qeyd edək ki, “Mançester Yunayted” – “Liverpul” matçı bu gün saat 21:30-da start götürəcək.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA