Runi mövsümü bitirə bilər
12.04.2014 - 02:59
“Mançester Yunayted”in futbolçusu Ueyn Runi dünya çempionatında iştirak etmək üçün Premyer Liqada iştirakdan imtina edə bilər. Apasport.az saytının məlumatına görə, o, Çempionlar Liqasında “Bavariya” ilə oyunda ayaq barmağından aldığı zədənin ağırlaşacağından qorxur.
28 yaşlı hücumçu Braziliyada keçiriləcək dünya çempionatının onun üçün sonuncu ola biləcəyini narahatdır. Bu səbəbdən də o, mundiala tam hazır vəziyyətdə yetişmək istəyir. Runi yaxın günlərdəki məşqlərdən azad ediləcək.
Hücumçu bu mövsüm Premyer Liqada keçirdiyi 27 oyunda 15 qol vurub və 13 məhsuldar ötürmə edib.
0
0