Sadıq Sadıqov hollandiyalı mütəxəssislə görüşdü
10.04.2014 - 17:13
Sadıq Sadıqov hollandiyalı mütəxəssislə görüşdü

“Neftçi”nin prezidenti Sadıq Sadıqov rəhbərlik etdiyi kluba uşaq və yeniyetmə futbolu ilə bağlı fəaliyyət göstərmək üçün idman direktoru vəzifəsinə təyin edilmiş Yan Versleyyeni qəbul edib. Apasport.az saytının məlumatına görə, görüşdə hollandiyalı mütəxəssis “Neftçi”dəki gələcək fəaliyyət planı ilə bağlı klub prezidentinə məlumat verib.

Sadıq Sadıqov “Neftçi”də gənc yerli futbolçulara hər zaman böyük önəm verildiyini, uşaq və yeniyetmə futbolunun inkişafında Yan Versleyyenin təcrübəsinin faydalı ola biləcəyini vurğulayaraq, mütəxəssisə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, hollandiyalı mütəxəssis “Neftçi”nin aşağı yaş qrupu üzrə komandalarının oyunlarını izləyib.