Samuel Eto`o dilinin bəlasına düşdü
21.09.2016 - 21:48
Samuel Eto`o “Antalyaspor”un heyətindən kənarlaşdırılıb. Apasport.az saytının məlumatına görə, buna səbəb futbolçunun sosial şəbəkədə yazdığı fikirlərdi.
Belə ki, kamerunlu oyunçu öz instaqram hesabında belə bir qeyd paylaşıb: “Görürəm ki, bəziləri mənə hörmət eləmirlər, çünki rəngim qaradır”.
Bu ifadə isə klub rəhbərliyinin xoşuna gəlməyib. Bu səbəbdən də əsas komandanın heyətindən kənarlaşdırılan ulduz oyunçu hələlik fərdi məşqlərlə məşğuldur.
Qeyd edək ki, Eto`o haqqında son qərar klubun İdarə Heyətinin iclasında veriləcək.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0