[b]Slaven Biliçin tək rəqibi - Mustafa Dənizli[/b]
26.03.2014 - 10:17
[b]Slaven Biliçin tək rəqibi - Mustafa Dənizli[/b]

 

“Beşiktaş” klubu son 4 mövsüm ərzində ən yaxşı günlərini yaşayır. Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi xorvatiyalı Slaven Biliçin rəhbərliyi altında Türkiyə Superliqasında uğurlu qrafik cızmaqdadır.

 

Geridə qalan 26 turdan sonra 50 xal toplayaraq, 2-ci sırada yer alan “ağ-qaralar” 45 yaşlı xorvatiyalı mütəxəssisin başçılığı ilə Samet Aybaba, Karlos Karvalhal ve Bernd Şuster dönəmlərini kölgədə qoymağı bacarıb.

 

Biliç əldə etdiyi uğurla yalnız bir çalışdırıcıdan – hazırda “Xəzər Lənkəran”ın baş məşqçisi olan Mustafa Dənizlidən geri qalır. Bu baxımdan, türkiyəli xorvatiyalı həmkarının tək rəqibidir.

 

"Qara Qartallar" ötən mövsüm 26 turdan sonra Aybaba dönəmində 43, 2011-2012-də portuqaliyalı Karvalhal ilə 46, 2010-2011-də almaniyalı Şusterin rəhbərliyi altında 39 xal toplaya bilmişdi. “Beşiktaş”ın 2009-2010 mövsümündə çalışdıran Dənizli isə 26-cı həftədə 52 xal yığmışdı.

 

Lakin turnir cədvəli baxımından Biliçin göstərici daha yaxşıdır. Belə ki, onun komandası Dənizlinin rəhbərlik etdiyi kollektivdən 2 xal az toplasa da, 2-ci sıradadır. “Xəzər Lənkəran”ın hazırkı çalışdırıcısının dönəmində isə “Beşiktaş” 26 turdan sonra 4-cü pillədə qərarlaşmışdı.

 

Qeyd edək ki, Dənizli çalışdırdığı hər üç İstanbul nəhəngi ilə ölkə çempionu olan yeganə mütəxəssisdir. O, 1988-ci ildə “Qalatasaray”, 2001-də “Fənərbaxça”, 2009-cu ildə isə “Beşiktaş”la Superliqanın qalibi olub.

0