Sneyderə daha bir müştəri
18.07.2014 - 06:12
Sneyderə daha bir müştəri

 

Dünya çempionatında göstərdiyi oyunla yenidən gündəmə gələn Uesli Sneyderin müştərilərinin sayı artır. Apasport.az saytının məlumatına görə, “Qalatasaray” və Hollandiya millisinin futbolçusuna indi də “Yuventus” göz dikib.

 

Kontenin getməsindən sonra “Yuventus”a baş məşqçi gətirilən Massimiliano Alleqri transfer siyahısında birinci yerdə Sneyderin adını yazıb. Sneyderin 20 milyon avro qiymətinin olmasına baxmayaraq, Alleqrinin “Yuve”nin sahiblərinə təzyiq göstərərək, mütləq Sneyderin alınmasını tələb etdiyi iddia olunur.

 

Qeyd edək ki, bundan əvvəl Sneyderi “Mançester Yunayted”in yeni baş məşqçisi Lui van Qalın istədiyi bildirilirdi.