[b]Şok iddia: Yığmanın baş məşqçisini və futbolçularını Messi seçir[/b]
05.05.2016 - 13:17
[b]Şok iddia: Yığmanın baş məşqçisini və futbolçularını Messi seçir[/b]

Argentina yığmasının fiziki hazırlıq üzrə sabiq məşqçisi Karlos Dibos şok açıqlama ilə diqqət çəkib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, o, yığmanın heyətinin Lionel Messinin qurduğunu iddia edib.

 

Dibos millidə həm baş məşqçiləri, həm də futbolçuları məhz kapitanın müyyənləşdirdiyini söyləyib: “Bu dəlilikdi. Yığmanın baş məşqçisini Messi seçir. Həmçinin futbolçu heyətinə də onun istədikləri çağırılır. Nəticəsi də göz önündədi. Niyə mətbuat Dieqo Simeonenin milliyə gətirilməsini istəmir, bu barədə yazmır? Çünki Messi Simeoneni millinin “sükanı” arxasında görmək istəmir”.

 

Qeyd edək ki, Karlos Dibos 2006-2008-ci illərdə Argentina millisində çalışıb.

0