Suares dişlədi, Kellini evləndi
20.07.2014 - 09:52
“Yuventus”un və İtaliya yığmasının futbolçusu Corco Kellini evlənib. Apasport.az saytının məlumatına görə, 29 yaşlı müdafiəçi Karolina Bonistalli ilə ailə həyatı qurub. Nikah mərasimi Livornoda baş tutub.
İtaliya millisi ötən dünya çempionatında uğursuz çıxış etsə də, mundial Kellini üçün düşərli olub. Corco Kellini Uruqvay millisinin hücumçusu Luis Suareslə bərabər dünya çempionatının əsas fiqurlarından birinə çevrilib və məşhurlaşıb. Suares məhz Kellinini dişləməsi səbəbindən millidən uzaqlaşdırılıb və 4 ay futbola bağlı işlərdən kənarlaşdırılıb.
0
0