“Mançester Yunayted”in yarımmüdafiəçisi Bastian Şvaynştayger karyerasını İtaliyada davam etdirə bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, almaniyalı futbolçu “Milan”ın maraq dairəsindədi.
Şvaynştayger yenidən “qırmızı şeytanlar”ın əsas komandası ilə məşqlərə qoşulmasına baxmayaraq, baş məşqçi Joze Mourinyo ondan yararlanmaq fikrində deyil. Bundan istifadə etmək istəyən “rossonyerlər” qış fasiləsində Şvaynştaygeri heyətinə cəlb etməkdə maraqlıdı.
Bundan əlavə, Keysuke Hondaya əvəzləyici axtaran “Milan” “Lester”in yarımmüdafiəçisi Şinji Okazakiyə də “elçi düşüb”.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA