“Çelsi”nin müdafiəçisi Con Terri Çempionlar Liqasın 1/4 final mərhələsində PSJ-yə qarşı cavab oyununun nəticəsini şərh edib. Apasport.az saytının məlumatına görə, müdafiəçi oyunları ilə onlara şübhə edənlərə cavab verdiklərini bildirib.
“Biz PSJ-nin qol vurmasına imkan vermədik” - deyə, Terri qeyd edib: “Bizə qol vurmaq lazım idi və biz buna nail olduq. Bu turnir bizim üçün böyük əhəmiyyət kəsb edir. Bizim təcrübəmiz mübarizə aparmağa və inanmağa kömək edirdi. Qalib gəlmək bütün hisslərin ən gözəlidir. Biz belə böyük oyunlar üçün yaşayırıq. Hamı bizə şübhə edirdi. Amma biz xarakterimizi göstərdik, növbəti mərhələyə keçmək üçün mübarizə apardıq. Bütün bunlar nəticəsiz qalmadı”.