2013/14 mövsümündə ən çox quru oyun keçirən qapıçıların siyahısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 29 turdan sonra meydanı qol buraxmadan tərk edilən matçların sayında rekord Pavel Kapsaya məxsusdur.
“Simurq”un polşalı qolkiperinin hesabında 14 belə görüş var. 29 qarşılaşmaya çıxan Kapsanın ən yaxın izləyiciləri isə balkanlı qapıçılardır. Sabiq yuqoslaviyalılar İbrahim Şehiç və Saşa Stamenkoviçin hərəsi 11 dəfə 90 dəqiqəni qolsuz tərk edib.
“Qarabağ”ın bosniya və herseqovinalı qapıçısı Şehiç 16 matçdan yalnız 5-də qol buraxıb. “Neftçi”nin 28 oyununda forma geyən serbiyalı isə bunların 17-də topu qapısında görüb.
Qeyd edək ki, ilk “beşlik”də yer alan yerli qapıçılar Səlahət Ağayev (“İnter”) 8, Fərhad Vəliyev (“Qarabağ”) 7 dəfə qapısını toxunulmaz saxlayıb. Azərbaycan yığmasının 1 nömrəsi Kamran Ağayev isə ən yaxşı 5 qapıçısı siyahısına düşmür.