Topaz Premyer Liqası: Nümunəvi və intizamsızlar
09.04.2014 - 11:00
Topaz Premyer Liqası: Nümunəvi və intizamsızlar

Topaz Premyer Liqasının ən intizamsız futbolçularının siyahısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, mövsümün 29 turundan sonra bu siyahıya AZAL-ın futbolçusu Aleksandr Şemonayev başçılıq edir. 13 matçda cəzalanan arxa xətt oyunçusu 11 görüşdə xəbərdarlıq alıb, 1 dəfə iki sarı vərəqə, 1 dəfə isə birbaşa qırmızıya layiq görülüb

 

Ümumilikdə, 21 futbolçu mövsüm ərzində 8 və daha çox vərəqə ilə cəzalanıb. Şemonayevdən başqa, Mişel Balakoq, Brino Bertuççi, Vurğun Hüseynov da iki dəfə meydandan qovulub. Komandasını 2 qarşılaşmada azlıqda qoyan digər 4 oyunçunun isə ümumi vərəqə sayı azdır. Bu da Elvin Yunuszadə, İlkin Qırtımov, Ruslan Qurbanov, Ağabala Ramazanovun sarı vərəqələrinin az olması ilə bağlıdır.

 

Qeyd edək ki, mövsümün ən intizamlı futbolçusu isə “Qarabağ”ın yarımmüdafiəçisi Marinaldo da Silvadır. İntizamsızlara nümunə olan və Çumbinyo kimi tanınan legioner vərəqə almayanlar arasında hamıdan çox – 28 oyun və 2465 dəqiqə meydanda olub.

 

Topaz Premyer Liqasında 8 və daha çox vərəqə alan futbolçular

futbolçu

Klubu

sarı

2-ci sarı, qırmızı

Birbaşa qırmızı

Cəmi

Aleksandr Şemonayev

AZAL

11

1

1

15

Mişel Balokoq

Rəvan

7

1

1

11

Brüs Abdulaye

İnter

11

0

0

11

Vurğun Hüseynov

Sumqayıt

4

2

0

10

Cəmşid Məhərrəmov

Rəvan

7

1

0

10

Mahir Şükürov

Neftçi

7

1

0

10

Miloş Adamoviç

Rəvan

7

1

0

10

Viktor İqbekoyi

AZAL

7

1

0

10

Elnur Allahverdiyev

Qəbələ

7

1

0

10

Erik Ramos

Neftçi

9

0

0

9

Karlos Kardoso

Neftçi

8

0

1

9

Novruz Məmmədov

Rəvan

9

0

0

9

Bruno Bertuççi

Neftçi

4

1

1

8

Ailton Jose Junior

AZAL

7

0

1

8

Araujo Santos

Bakı

8

0

0

8

Baçana Sxadadze

İnter

8

0

0

8

Lorenzo Ebesilio

Qəbələ

8

0

0

8

Oskar Klyava

AZAL

7

0

1

8

Pərdis Fərcad-Azad

Sumqayıt

8

0

0

8

Rəşad Eyyubov

Simurq

8

0

0

8

Riçard Almeyda

Qarabağ

8

0

0

8