Topaz Premyer Liqasının V turunun oyun cədvəli açıqlanıb. Apasport.az PFL-in saytına istinadən xəbər verir ki, turun oyunları 3 gün ərzində reallaşacaq.
“Qəbələ”nin “Sumqayıt”la oyunu əvvəlcədən nəzərdə tutulduğu kimi, sentyabrın 20-də deyil, 21-də keçiriləcək. Belə ki, Avropa Liqasında çıxış edən “qırmızı-qaralar” PFL-ə müraciət edərək, matçın vaxtının dəyişdirilməsini xahiş edib. Əsasnaməni nəzərə alan PFL isə buna razılıq verib.
19 sentyabr (şənbə)
21:00. AZAL – “İnter”
“Dalğa Arena”
21:00. “Zirə” – “Rəvan”
Zirə İdman Kompleksinin stadionu
20 sentyabr (bazar)
16:30. “Kəpəz” – “Qarabağ”
Gəncə şəhər stadionu
21:00. “Neftçi” – “Xəzər Lənkəran”
“Bakcell Arena”
21 sentyabr (bazar ertəsi)
21:00. “Qəbələ” – “Sumqayıt”
Qəbələ şəhər stadionu
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA