Topaz Premyer Liqasında yeni rekord
14.09.2015 - 12:15
Topaz Premyer Liqasında yeni rekord

Topaz Premyer Liqasının IV turu iki rekordla əlamətdar olub. Apasport.az saytının məlumatına gör, turun 4 qarşılaşmasını 17400 tamaşaçı izləyib. Bu da mövsümün yeni rekordudu.

 

Orta hesabla hər matçını 3480 azarkeşin izlədiyi həftəyədək ilk turu 14000, II turu 16300, ötən turu 13350 tamaşaçı seyr etmişdi. Bu rekord “Kəpəz” – AZAL oyunu (1:0) sayəsində mümkün olub. Gəncədəki görüşdə 13200 izləyici qeydə alınıb ki, bu da mövsümün rekordudu.

 

II turun “Kəpəz” – “Zirə” matçının rekordu 700 nəfər yaxşılaşdırılıb. Həmin qarşılaşmada 12500 tamaşaçı qeydə alınmışdı.

 

Mövsümün 3-cü göstəricisi ötən turun “Xəzər Lənkəran” – “Rəvan” matçına məxsusdur – 9500.