Ture: “Mançester Siti”də qalıram
18.07.2014 - 21:03
Ture: “Mançester Siti”də qalıram

 

“Mançester Siti”nin yarımmüdafiəçisi Yaya Ture klubu tərk edəcəyi ilə bağlı iddialara aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, Kot-dİvuar millisinin futbolçusu başqa komandaya keçməyəcəyini açıqlayıb.

 

Xatırladaq ki, son vaxtlar mətbuatda Turenin digər klublarla danışıqlar apardığı bildirilirdi. Onun adı ilk növbədə PSJ ilə çəkilirdi. Futbolçu isə barəsində yayılanları şayiə adlandırıb: “Azarkeşləri əmin edirəm ai, müqaviləmlə fəxr edirəm və burada mümkün qədər çox qalacağam. Klubun və azarkeşlərin mənə etdiklərindən sonra burada qalmaq xoş olacaq və yaxşı mövsüm keçirmək niyyətindəyəm. Şayiələr gəzirdi, məni müxtəlif klublara göndərirdilər. Bəzən bu insanı bezdirir. Məni sevən azarkeşlər üçün nəsə etmək lazımdır. Onlar nə baş verdiyini bilməlidirlər. Vacibi odur ki, onlar komandada hər şeyin yaxşı olduğunu öyrənsinlər, klub növbəti mövsümə hazırlaşır və biz yenə də yaxşı nəticə göstərmək istəyirik”.