UEFA 3-cü klub turniri yarada bilər
18.09.2015 - 16:24
UEFA 3-cü klub turniri yarada bilər

UEFA Çempionlar Liqası və Avropa Liqasından əlavə daha bir turnir yaratmaq istəyir. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Avropanın futbol qurumunun baş katibi Canni İnfantino məlumat verib.

 

O bildirib ki, yaxın gələcəkdə ÇL və AL-dən başqa 3-cü klub turnirinin yaradılması mümkündü: “Bizim iki möhtəşəm turnirimiz var. Çempionlar Liqası dünyanın ən yaxşı turniridi. Avropa Liqası isə ildən-ilə inkişaf edir. Ancaq vaxt keçdikcə hər şey dəyişir, yenilənir. Biz etdiklərimizlə bağlı eşidəcəyimiz sualları cavablandırmaqdan qorxmuruq. Hələ ki, konkret layihəmiz yoxdu. Amma gələcəkdə 3-cü klub turnirini təşkil etməyimiz istisna deyil”.

 

Qeyd edək ki, əvvəllər UEFA-nın daha bir klub turniri – İntertoto Kuboku keçirilirdi. Ancaq sonradan həmin turnir tarixin yaddaşına qovuşdu.