UEFA avstriyalıları Bakıya buraxmadı
19.07.2014 - 12:14
UEFA avstriyalıları Bakıya buraxmadı

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Qarabağ" - "Valetta" (Malta) oyununa hakim təyinatında dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, buna səbəb cütün qalibinin növbəti mərhələdə Avstriya təmsilçisi “Zalsburq”la qarşılaşmasıdır.

 

Buna görə də qarşılaşmanı avstriyalı hakimlərin idarə etməsi məqsədəuyğun sayılmayıb. Aleksander Harkamın başçılıq etdiyi briqadanın əvəzində Bakıdakı görüş belaruslu hakimlərə tapşırılıb.

 

Ötən həftə “Neftçi”nin Avropa Liqasında Sloveniya “Koper”i ilə görüşündə fit çalan Denis Şerbakov bu dəfə 4-cü hakim funksiyasını yerinə yetirəcək.

 

Çempionlar Liqası

II təsnifat mərhələsi, cavab oyunu

21:30. “Qarabağ” – “Valletta” (Malta)

Baş hakim: Sergey Sinkeviç

Baş hakimin köməkçiləri: Yevgeni Romanov, Vitali Maliutsin

Dördüncü hakim: Denis Şerbakov (hamısı Belarus)

UEFA nümayəndəsi: Adrian İxari (Makedoniya)

Hakim-inspektor: Levan Paniashvili (Gürcüstan)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionunda