UEFA Bakıda beynəlxalq turnir keçirəcək
10.04.2014 - 10:51
UEFA Bakıda beynəlxalq turnir keçirəcək

UEFA Bakıda beynəlxalq futbol turniri keçirəcək. Apasport.az saytının məlumatına görə, 17 yaşadək qızlar arasında “Development” turniri iyulun 17-21 aralığında baş tutacaq. Turnirdə 4 komanda mübarizə aparacaq.

 

Siyasət Əsgərovun baş məşqçisi olduğu yığmamız 3 qonaq komanda ilə dairəvi sistemlə qalibi müəyyənləşdirəcək. Millimizin rəqibləri Rusiya, İsrail və Gürcüstan olacaq.