UEFA Avropa çempionatları zamanı qüvvədə olan qaydanı klub turnirlərində də tətbiq etmək qərarına gəlib. Apasport.az saytının məlumatına görə, söhbət sarı vərəqələrin ləğvindən gedir.
Məlum olduğu kimi, Avropa çempionatındı qrup turniri zamanı futbolçuların aldığı sarı vərəqə 1/4 final mərhələsində ləğv edilir. Bu addım bütün futbolçulara yarımfinal və final oyunlarında iştirak etməsinə şərait yaratmaq və təsadüfi nəticələrin aradan qaldırmaq üçün atılır. UEFA-nın klub yarışları üzrə komitəsinin təşəbbüsü ilə bu mövsümdən etibarən bu qayda Avropanın klub turnirlərində də tətbiq ediləcək.