Ueyn Runi Çarltona çatır
13.10.2014 - 18:47
Ueyn Runi Çarltona çatır

İngiltərə yığmasının futbolçusu Ueyn Runi yığmasının tarixinə düşə bilər. Apasport.az saytının məlumatına görə, “Mançester Yunayted”in hücumçusunun ötən gün AVRO-2016-nın seçmə mərhələsinində Estoniya ilə səfər görüşündə vurduğu top onun millidə 43-cü qolu olub.

 

“Dumanlı Albion” təmsilçisinin heyətində ən çox fərqlənən və rekordçu (49) olan isə Bobbi Çarltondur. 29 yaşlı futbolçu ilə əfsanvə oyunçunu 6 top ayırır. Runinin Çarltona çatıb və onun rekordunu qırmağa isə 7 qol lazımdır ki, Uen İngiltərə millisinin ən məhsuldar futbolçusu adını qazansın.

 

Qeyd edək ki, Bobbi Çarltondan sonra 2-ci yerdə 48 qolla Qari Lineker qərarlaşır. Cimmi Qreaversin aktvində isə 44 top var. 4-cü olan Runidən sonra 5-ci yeri Maykl Ouen tutur – 40.

0