Van Qal 10 futbolçu ilə vidalaşır
17.07.2014 - 23:21
“Mançester Yunayted”in yeni baş məşqçisi Lui van Qal komandada təmizlik işlərinə başlayıb. Apasport.az saytının məlumatına görə, hollandiyalı mütəxəssis 10 futbolçunun satışını təsdiq edib.
“MY”nun vidalaşmaq istədiyi futbolçular arasında müdafiəçi Patris Evra, yarımmüdafiəçilər Eşli Yanq, Maruan Fellani, Anderson, Tom Kliverli, Nani, Nik Pauell, hücumçular Uilfrid Zaa, Bebe və Havyer Ernandesin adı var. Van Qal ancaq Ernandeslə bağlı tərəddüd edir. Digər 9 futbolçu isə komandada olmayacaq.
0
0