Van Qal xeyriyyə tədbirinə 1 milyon funt xərclədi
18.07.2014 - 04:31
Van Qal xeyriyyə tədbirinə 1 milyon funt xərclədi

 

“Mançester Yunayted”in yeni baş məşqçisi Lui van Qal xeyriyyə tədbirinə 1 milyon funt xərcləyib. Apasport.az saytının məlumatına görə, 62 yaşlı hollandiyalı mütəxəssis pulu əzələ distrofiyası ilə mübarizə aparan təşkilatın hesabına köçürüb.

 

Bu, van Qalın ilk belə addımı deyil. Britaniya mətbuatı qeyd edir ki, hollandiyalı mütəxəssis vaxtaşırı müxtəlif xeyriyyə təşkilatlarının fonduna pul köçürür.

 

Qeyd edək ki, Lui van Qal dünya çempionatı ərəfəsində “Mançester Yunayted”lə müqavilə bağlayıb. Onun illik gəliri 12 milyon avro olacaq.