Xavi: Bərabərliyi və əlavə vaxtı haqq edirdik
10.04.2014 - 01:19
“Barselona”nın yarımmüdafiəçisi Xavi Çempionlar Liqasının 1/4 finalının cavab görüşünün nəticəsini şərh edib. Apasport.az saytının məlumatına görə, futbolçu görüşün nəticəsinin qanunauyğun olmadığını bildirib.
Xavi “Atletiko”nun qələbəsinin düzgün olub-olmadığını bilmədiyini deyib: “Qələbənin nə dərəcədə qanunauyğun olduğunu söyləyə bilmərəm. “Barselona” dörd-beş real qol vəziyyəti yaratdı. Biz adətən belə məqamları əldən buraxmırıq. Fikrimcə, biz bərabərliyi və uzatma vaxtını haqq edirdik”.
0
0