Zaqreb “Dinamo”sunun yarımmüdafiəçisi Ariyan Ademidə dopinq çıxıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 24 yaşlı oyunçu Çempionlar Liqasında bundan istifadə edibmiş.
Qrup mərhələsinin ilk turunda sentyabrın 16-da “Arsenal”la matçdan sonra testdən keçirilən Ademinin qanında dopinq aşkar olunduğu açıqlanıb. İndi futbolçudan alınacaq B nümunəsinin cavabı gözlənilir. Zaqreb təmsilçisi burda bir yanlışlıq olduğunu iddia edib. Klub Ademinin ötən mövsüm 6 dəfə testdən keçirildiyini və bir problemin çıxmadığını bildirib.
Qeyd edək ki, Xorvatiyada keçirilmiş “Dinamo” – “Arsenal” oyununda meydan sahibləri 2:1 hesablı qələbə qazanmışdılar.