Xorvatiyanın ən yaxşısı bəlli oldu
08.10.2015 - 22:33
“Barselona”nın xorvat futbolçusu İvan Rakitiç 2015-ci ildə ölkəsinin ən yaxşı futbolçusu seçilib. Apasport.az saytının məlumatına görə, “Veçerniy List” qəzetinin sorğusunda qalib olan Rakitiç 105 balla qalib gəlib.
27 yaşlı futbolçu ilk dəfə bu mükafata yiyələnib.
Sorğuda ikinci yeri hazırda “İnter”də çıxış edən İvan Perisiç, üçüncülüyü isə “Real”lı Luka Modriç qazanıb.
0
0