XXX turun 2 oyunu canlı yayımda
10.04.2014 - 16:32
XXX turun 2 oyunu canlı yayımda

Topaz Premyer Liqasının XXX turunun 2 oyunu canlı yayımlanacaq. Apasport.az saytının məlumatına görə, “İdman Azərbaycan” əvvəl Qəbələdə baş tutacaq eyniadlı komandanın AZAL-la qarşılaşmasını azarkeşlərə təqdim edəcək. Ardınca isə “İnter”lə “Neftçi” arasında paytaxt derbisi nümayiş olunacaq.

 

12 aprel (şənbə)

15:00. “Qəbələ” – AZAL
Qəbələ şəhər stadionu

 

17:00. “İnter” – “Neftçi”
“Şəfa” stadionu

 

Mənbə: pfl.az