Yığmamız mövqeyini qorudu
12.04.2014 - 09:00
Yığmamız mövqeyini qorudu

Futzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, cədvəldə dünyanın 151 yığması yer alıb.

 

Bu komandalardan 106-sı əsas siyahıya daxil edilibsə, digər 45 milli son 2 ildə kifayət qədər oyun keçirmədiyindən cədvələ şərti olaraq salınıb. Ötən ayla müqayisədə siyahıda ciddi dəyişiklik qeydə alınmayıb. 1 ay əvvəl olduğu kimi hesabında 1391 xal olan Azərbaycan yığması cədvəlin 10-cu pilləsində yer alıb.

 

Qeyd edək ki, siyahıya dünya futzalının nəhəngləri – Braziliya (1928), İspaniya (1915) və İtaliya (1771) başçılıq edir.