Yasin Buno “Əl-Hilal”da
16.08.2023 - 14:06
Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu heyətinə yeni futbolçu qatacaq.
Apasport.az saytının məlumatına görə, “Sevilya”nın qapıçısı Yasin Buno karyerasını Asiya klubunda davam etdirəcək.
Onun transferi ilə bağlı razılıq əldə olunub. İspaniya klubu 19+2 milyon avro qazanacaq.
Mərakeş millisinin 32 yaşlı qapıçısının nümayəndələri onun şəxsi müqaviləsinin detallarını müzakirə edir. O, 3 illik anlaşma imzalayacaq.
Qeyd edək ki, “Əl-Hilal” bunadək Neymar, Malkom, Kalidu Kulibali, Ruben Neveş, Sergey Milinkoviç-Saviç kimi oyunçuları da heyətinə qatıb.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
2
0