“Yuventus” Bundesliqadan müdafiəçi alır
29.09.2022 - 19:41
“Yuventus” Bundesliqadan müdafiəçi alır

“Yuventus” qış fasiləsində heyətinə yeni müdafiəçi qatmağı planlaşdırır.

Apasport.az saytının məlumatına görə, italiyalılar Mönhenqladbax “Borussiya”sında forma geyinən Rami Bensebaini ilə maraqlanır.

Turin klubu 27 yaşlı əlcəzairlini ucuz qiymətə əldə etmək niyyətindədir. Müqaviləsi mövsümün sonunda başa çatacaq müdafiəçinin “Yuventus”a sərf edəcək məbləğə satılacağı gözlənilir.

A seriyası klubu Rami üçün 5 milyon avro ödəməyə razıdır. Bundesliqa təmsilçisinin oyunçusu “Vest Hem”in də maraq dairəsindədir.

Qeyd edək ki, Rami cari mövsümdə 7 oyun keçirib.
 

0