Avropa Liqasının I təsnifat mərhələsində “Baltsan”ı qəbul edəcək “Keşlə”nin mətbuat konfransının və son məşqinin vaxtı müəyyənləşib. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, hər iki tədbir matçın oynanılacağı “Dalğa Arena”da baş tutacaq.
Belə ki, sabah 19:30-da baş məşqçinin səlahiyyətlərini icra edən Zaur İsmayılov jurnalistlər önünə çıxacaq. Bundan yarım saat sonra isə komandanın ilk 15 dəqiqəsi açıq olan məşqi başlayacaq.
Qeyd edək ki, “Keşlə” – “Baltsan” oyunu iyulun 19-da olacaq. Bu komandalar arasında Maltada baş tutan ilk qarşılaşmada meydan sahibləri 4:1 hesablı qələbə qazanıb.