
Türkiyə futbolunda danışılmış oyunlarla bağlı növbəti məhkəmə prosesi keçirilib.
Apasport.az saytının məlumatına görə, bu dəfə 23 nəfər barəsində hökm oxunub.
Məhkəmənin ilk prosesində aralarında “Sivasspor”un prezidenti Məcnun Otyakmaz və “Fənərbaxça”nın sabiq rəsmisi Şekip Mosturoğlu da olan 19 şübhəli şəxs bəraət alıb. İstanbul 13-cü Ağır Cəza Məhkəməsi daha sonra “Fənərbaxça”nın keçmiş prezidenti Əziz Yıldırım, həmçinin daha 3 nəfərlə bağlı məsələni araşdırıb və onların da bəraətinə qərar verib.
Qeyd edək ki, danışılmış oyunlarda şübhəli bilinənlər arasında Türkiyə millisinin sabiq futbolçusu Ümit Karan da var.
- “Nottingem”in yeni baş məşqçisi bəlli olub - RƏSMİ
- “Bavariya” rəhbərliyi qərarını verdi: Kompani ilə yola davam
- Okan Buruk: "Sinqonun sağalması üçün ən azı iki həftə lazımdır"
- "Atletik"in baş məşqçisi: "9:0 hesabı ilə qalib gələcəyimiz haqda deyilənlər dəhşətdir"
- Xabi Alonso: “Arda, Mesut Özil və Quti Hernandezin qarışığıdır"