[b]DÇ-2018: Canlı yayımda öpüb qaçdı [/b]
13.06.2018 - 14:37
[b]DÇ-2018: Canlı yayımda öpüb qaçdı [/b]

Rusiyada keçiriləcək dünya çempionatı ərəfəsində Türkiyənin TRT televiziya kanalının komandası gözlənilməz hadisə ilə qarşılaşıb. Apasport.az saytının məlumatına görə, bu, həmkarlarımızın Moskvadan canlı yayıma çıxdıqları vaxt baş verib.

 

Belə ki, TRT şərhçisi Tarik Üstün mundialla bağlı son xəbərləri çatdırarkən, bir xanım ona yaxınlaşıb. O, ardınca jurnalisti qucaqlayıb öpərək, qaçmağa başlayıb.

 

Həmin anlar isə dünən gecə sosial şəbəkədə mundialla bağlı ən çox paylaşılan video olub.

0