[b]DÇ-2018: Het-trik diqqətdən kənar qalmadı[/b]
24.06.2018 - 18:12
[b]DÇ-2018: Het-trik diqqətdən kənar qalmadı[/b]

DÇ-2018-in qrup mərhələsi davam edir. Apasport.az saytının məlumatına görə, bu gün G qrupunda 2-ci tura yekun vurulub.

 

Tur çərçivəsində keçirilən İngiltərə – Panama matçı 6:1 hesabı ilə avropalıların xeyrinə başa çatıb.

 

Matçın ən yaxşı oyunçusu isə Harri Keyn seçilib. İngiltərə millisinin hücumçusu FİFA-nın saytında keçirilən sorğuda ən çox azarkeşin etimadını qazanıb.


Qeyd edək ki, komandanın kapitanı 6:1 hesabı ilə qalib gəldikləri oyunda het-trik edib.

 

0