[b]Didye Deşam Fransa millisindəki gələcəyi ilə bağlı qərarını açıqladı[/b]
16.07.2018 - 09:58
[b]Didye Deşam Fransa millisindəki gələcəyi ilə bağlı qərarını açıqladı[/b]

Fransa millisinin baş məşqçisi Didye Deşam postunda qalacaq. Apasport.az saytının məlumatına görə, o, bu barədə Xorvatiya ilə oynanılan final görüşündən (4:2) sonra açıqlama verib.

 

“Jakenin etdiyini təkrarlamayacam. Müqavilə şərtlərinə əməl etməliyəm və planlaşdırıldığı kimi, işimə davam edəcəm. Bir neçə həftəlik yoxa çıxacam, ancaq yenidən görüşəcəyik” – deyə, Deşam bildirib.

 

49 yaşlı mütəxəssisin Fransa Futbol Federasiyası ilə olan müqaviləsi 2020-ci ilə qədər nəzərdə tutulub.

 

Qeyd edək ki, Fransa millisinə ilk dünya çempionluğunu qazandıran Eme Jake DÇ-1998-dən sonra tutduğu postdan istefa vermişdi.

0