[b]“Qarabağ”ın yeni transferindən bəd xəbər: İlk oyunu buraxacaq[/b]
04.07.2018 - 20:21
[b]“Qarabağ”ın yeni transferindən bəd xəbər: İlk oyunu buraxacaq[/b]

“Qarabağ” Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda yeni transferinin xidmətindən yararlana bilməyəcək. Apasport.az saytının məlumatına görə, ağdamlıların yeni qapıçısı Hannes Tor Halldorson meydana çıxmayacaq.

 

Bu barədə islandiya mətbuatına qapıçı özü açıqlama verib. O, DÇ-2018-in qrup mərhələsində Xorvatiya ilə qarşılaşmadan öncə zədələndiyini, matçın gedişində isə ağrılarının artdığını və bu səbəbdən qarşıdakı oyuna qədər hazır olmayacağını deyib.
 

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının I təsnifat mərhələsində Slovenyiyanın “Olimpiya” klubu ilə qarşılaşacaq. Tərəflər arasındakı ilk oyun iyulun 11-də Lyüblyanada keçiriləcək. Cavab qarşılaşması isə iyulun 18-də Bakıda olacaq.

0