[b]69-da dayandı[/b]
17.12.2017 - 19:33
[b]69-da dayandı[/b]

Şotlandiya çempionatının XVI turu sürprizlə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, səfərdə “Harts”la qarşılaşan “Seltik” 0:4 hesablı məğlubiyyətə üzülüb.

 

Paytaxt Edinburqda baç tutan görüşlə birlikdə “Seltik”in 69 oyunluq məğlubiyyətsizlik seriyası da başa çatıb.

 

Qlazqo klubu sonuncu dəfə 11 may 2016-cı ildə “Sent Cons”a uduzmuşdu – 1:2.

 

Qeyd edək ki, bir oyun əskik keçirən “Seltik” məğlubiyyətə baxmayaraq, 41 xalla lider mövqeyində qərarlaşıb.

0