[b]Araz Abdullayev üçün 71 dəqiqə[/b]
22.10.2017 - 00:58
[b]Araz Abdullayev üçün 71 dəqiqə[/b]

Futbol üzrə Kipr çempionatında VIII tur davam edir. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Araz Abdullayevin formasını geyindiyi “Anortosis” də növbəti matçına çıxıb.

 

Sözügedən komanda səfərdə “Etnikos”la qarşılaşıb. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb – 2:1.

 

Matça start heyətində başlayan Araz 71-ci dəqiqədə əvəzlənib.

 

Qeyd edək ki, 8 oyundan sonra aktivində 18 xal olan Famaqusta təmsilçisi turnir cədvəlinin lideridi.

0