[b]Azərbaycanlı hakim-inspektor ermənilərin oyununda[/b]
22.07.2018 - 12:08
[b]Azərbaycanlı hakim-inspektor ermənilərin oyununda[/b]

Azərbaycanlı hakim-inspektor Asim Xudiyev növbəti təyinatını alıb. Apasport.az saytının məlumatına görə, 61 yaşlı sabiq referi Avropa Liqasının II təsnifat mərhələsi matçında iş başında olacaq.

 

Belə ki, UEFA onu “Sutyeska” – “Alaşkert” oyununa göndərmək qərarına gəlib. Ermənilərin Monteneqrodakı görüşündə Xudiyev isveçrəli hakimlər briqadasının idarəçiliyinə qiymət verəcək.

 

İyulun 26-da “Qradski” stadionunda keçiriləcək qarşılaşmanın baş hakimi Alain Bieri olacaq.

0