13 Sentyabr 11:30 “Çelsi” – “Qarabağ” matçında 5 illik tilsim qırıldı
FUTBOL xəbərləri 13 Sentyabr 11:30
2914 baxış

“Çelsi” – “Qarabağ” matçında 5 illik tilsim qırıldı

“Çelsi”nin qapıçısı Tibo Kurtua Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”la keçirilən görüşdə tarixə düşüb. Apasport.az saytının məlumatına görə, belçikalı qolkiper yaşıl meydanlarda nadir hallarda görülən məhsuldar ötürmə ilə yadda qalıb.

 

“Zadəganlar”ın 30-cu dəqiqədəki ikinci qolu zamanı Kurtuadan ötürmə alan Davide Zappakosta sağ cinahdan uzun reyd edərək toru silkələyib. İbrahim Şehiçin də kobud səhvi nəticəsində vurulan qolun ötürməsinin müəllifi olan Kurtua Çempionlar Liqasında 5 illik tilsimi qırıb. Belə ki, Avropanın ən nüfuzlu klub turnirində sonuncu dəfə 2012-ci ildə “Seltik”in qolkiperi Freyzer Forster “Barselona” ilə oyunda qol ötürməsi vermişdi.

 

Qeyd edək ki, “Çelsi”nin 6:0 hesabı ilə qalib gəldiyi görüşdə rəqib komandanın heyətində Pedro Rodriges, Davide Zappakosta, Sezar Azpilikueta, Timo Bokayoko, Mişi Batşuayi hərəyə 1 top vurublarsa, sonuncu qolda Maksim Medvedev avtoqol müəllifi olub.

Xəbər lenti