24 May 17:30 ÇL:“Liverpul” Kiyevə Canla yollanır
FUTBOL xəbərləri 24 May 17:30
618 baxış

ÇL:“Liverpul” Kiyevə Canla yollanır

“Liverpul”un Çempionlar Liqasının final matçı üçün iştirak ərizəsi açıqlanıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “qırmızılar” “Real”la qarşılaşma üçün Kiyevə 23 futbolçu ilə yollanır.

 

Baş məşqçi zədəsini yenicə sağaldan yarımmüdafiəçini Əmrə Canı da heyətə daxil edib.

 

Qapıçılar: Loris Karius, Simon Minyole


Müdafiəçilər: Natanyel Klayn, Trent Aleksandr-Arnold, Virgil van Diyk, Deyan Lovren, Ranyar Klavan, Alberto Moreno, Endryu Robertson, Natanyel Fillips


Yarımmüdafiəçilər: Cordan Henderson, Corcinyo Vaynaldum, Ceyms Milner, Əmrə Can, Adam Lallana, Rafael Kamaço, Kertis Cons


Hücumçular: Roberto Firmino, Məhəmməd Salah, Sadio Mane, Denni İnqs, Dominik Solanke, Ben Vudbern

 

Qeyd edək ki, Çempionlar Liqasının final görüşü mayın 26-da keçiriləcək.

Xəbər lenti