[b]DÇ-2018: Modriç fərqləndi və fərqləndirildi[/b]
22.06.2018 - 00:12
[b]DÇ-2018: Modriç fərqləndi və fərqləndirildi[/b]

Dünya çempionatının D qrupu çərçivəsində keçirilən Argentina – Xorvatiya matçının ən yaxşı futbolçusu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, FİFA ikincilərin yarımmüdafiəçisi Luka Modriçi fərqləndirib.

 

Belə ki, qarşılaşmanın 80-ci dəqiqəsində fərqi iki topa çatdıran ulduz futbolçu ən yaxşı adına layiq görülüb.

 

Qeyd edək ki, Argentina – Xorvatiya matçı 0:3 hesabı ilə nəticələnib.

0