[b]Fanatlar Ronaldonun büstünün sökülməsinə etiraz edirlər - FOTO[/b]
18.06.2018 - 17:42
[b]Fanatlar Ronaldonun büstünün sökülməsinə etiraz edirlər - FOTO[/b]

“Real”ın hücumçusu Kriştianu Ronaldonun Madeyra adasındakı büstü dəyişdirilib. Apasport.az saytının “A Bola”ya istinadən məlumatına görə, köhnə büst sökülüb, onun yerində isə yenisi quraşdırılıb.

Ancaq fanatların bəziləri bu qərardan narazı qalıblar. Onlar köhnə büstün yerinə qaytarılması üçün petisiya başladıblar.

Qeyd edək ki, köhnə büst Kriştianu Ronaldoya bənzəmədiyi üçün yenisi ilə dəyişdirilib.

0