[b]Fələstinli futbolçudan Argentina millisinə müraciət: oyunu boykot edin[/b]
23.05.2018 - 01:48
[b]Fələstinli futbolçudan Argentina millisinə müraciət: oyunu boykot edin[/b]

Fələstinli futbolçu Məhəmməd Xəlil Argentina millisinə müraciət edib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, o, “tanqoçular”ı İsraillə yoldaşlıq görüşündən imtina etməyə çağırıb.

 

Qəzzədəki iğtişaşlar zamanı yaralanan və karyerasını bitirmək məcburiyyətində qalan Xəlil cənubi amerikalıların onun səsinə qulaq verəcəyinə inanır: “Argentina yığmasını bizimlə həmrəy olmağa və torpaqlarımızı işğal edən İsraillə matçı boykot etməyə çağırıram”.

 

Qeyd edək ki, Argentina millisi iyunun 9-da Yerusalimdə İsraillə yoldaşlıq görüşü keçirəcək.

0