13 Noyabr 18:03 İki oyun keçirdi, ili başa vurdu
FUTBOL xəbərləri 13 Noyabr 18:03
393 baxış

İki oyun keçirdi, ili başa vurdu

“Kəpəz”in zədəli futbolçusu Fərid Məmmədovun durumuna aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, 20 yaşlı hücumçu üçün mövsümün 2017-ci ili əhatə edən ilk yarısı başa çatıb.

 

Belə ki, Məmmədov qış fasiləsinədək olan 3 çempionat oyunu və kubok qarşılaşmalarında forma geyinə bilməyəcək. Cari mövsümdə 2 qarşılaşmada 72 dəqiqə meydanda olan Fəridin müalicəsi 20 gün sürəcək.

 

Qeyd edək ki, bir müddət öncə MRT müayinəsi zamanı Məmmədovun dizinin yan kollateral bağında qismi qopma və menisküsda ikinci dərəcəli degenerasiya aşkar olunmuşdu. 

Xəbər lenti