[b]"Liverpul"un Çempionlar Liqasının qalibi olmasını istəmirəm”[/b]
17.05.2018 - 15:26
[b]"Liverpul"un Çempionlar Liqasının qalibi olmasını istəmirəm”[/b]

“Mançester Yunayted”in sabiq müdafiəçisi, “Sky Sports”un şərhçisi Qari Nevill Çempionlar Liqasının final matçı barədə fikirlərini bölüşüb. Apasport.az saytının “Football Espana”ya istinadən məlumatına görə, Nevill “Liverpul”un həlledici görüşdə qalib olmasını istəmir.

 

“Ümid edək ki, “Mançester Yunayted” İngiltərə Federasiya Kubokunun qalibi olacaq və Kriştiano Ronaldo Çempionlar Liqasının finalında het-trik edəcək. “Liverpul” Çempionlar Liqasının finalına qədər möhtəşəm yol qət edib. Sadəcə, onların çempion olmalarını istəmirəm” – deyə, Nevill qeyd edib.

 

Qeyd edək ki, “Real” və “Liverpul”un üz-üzə gələcəyi Çempionlar Liqası final görüşü mayın 26-da keçiriləcək.

0