[b]Messinin zəngi və 15 milyon[/b]
20.05.2018 - 18:46
[b]Messinin zəngi və 15 milyon[/b]

Antuan Qrizmanın “Barselona”ya mümkün transferi ilə bağlı xəbərlər səngimir. Apasport.az saytının məlumatına görə, katalonların fransız oyunçuya təklif etdiyi müqavilə şərtləri yerli mətbuatda əks olunub.

 

Bildirilib ki, əgər Qrizman “Barselona”ya keçməyə razılıq versə, onunla 5 illik müqavilə imzalanacaq və bu anlaşmadan hücumçu vergiləri çıxmaqla illik 15 milyon avro qazanacaq. Bundan başqa oyun sayına görə müxtəlif bonuslar da nəzərdə tutulub.

 

“AS” nəşri isə iddia edib ki, “Barselona”nın super ulduzu Lionel Messi özü Qrizmana zəng edərək onu komandaya dəvət edib.

0